AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanda 19 yaşlı hərbçinin amansızcasına döyüldüyü iddia edilir.

  • + A
  • - A
  • Bu gün, 22:55

    Ermənistanda 19 yaşlı hərbçinin amansızcasına döyüldüyü iddia edilir.


    Ermənistanda 19 yaşlı hərbçinin amansızcasına döyüldüyü iddia edilir.

    Ermənistanda müddətli həqiqi hərbi xidmət keçən 19 yaşlı A.N.-nin ağır şəkildə döyüldüyü bildirilir. Məlumatı erməni hüquq müdafiəçisi Janna Aleksanyan yayıb.

    Onun sözlərinə görə, hadisədən sonra vəziyyəti ağır olan hərbçi Kanaz hərbi hospitalına yerləşdirilib. Hüquq müdafiəçisi qeyd edib ki, əsgərin anası oğlunu tanınmaz vəziyyətdə gördüyünü, üz nahiyəsinin deformasiyaya uğradığını və onun hallüsinasiyalar keçirdiyini bildirib.

    Aleksanyanın iddiasına əsasən, hərbçi cəmi altı ay əvvəl psixi sağlamlıq problemləri olmasına baxmayaraq hərbi xidmətə çağırılıb.

    Hüquq müdafiəçisi hadisənin iyulun 22-də Cermukdakı hərbi hissədə baş verdiyini, lakin üstündən təxminən bir həftə keçməsinə baxmayaraq cinayət işinin başlanılmadığını bildirib. O, hərbçinin anasının sözlərinə istinadən döyülmədə təqsirləndirilən şəxsin zabit heyətinin üzvü olduğunu iddia edib.

    Janna Aleksanyan Ermənistanın İnsan Hüquqları Müdafiəçisi (ombudsman) Anahit Manasyanı hadisəyə reaksiya verməyə çağırıb.

    Rəsmi qurumlar yayılan iddialarla bağlı hələlik açıqlama verməyiblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR