AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Myasnikovdan XƏBƏRDARLIQ: ağızdakı bu dad xərçəngin əlaməti ola bilər

  • + A
  • - A
  • 1-01-2022, 21:58


    "Dad qönçələrində dəyişiklik beyin şişinin əlaməti ola bilər".

    Azadmedia.az xəbər verir ki, bunu həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya 1" telekanalının efirində deyib.

    Onun sözlərinə görə, ağızda qeyri-adi acı, turş və ya metal dadı hiss ediləndə diqqətli olmaq lazımdır:

    "Bir çox insan bunu unudur. Lakin bəzən bunun arxasında nadir hallarda beyin şişi ola bilər".

    Həkim qeyd edib ki, bunun səbəbi, ehtimal ki, sinirin sıxılmasıdır:

    "Üç sinir dad qönçələrindən məlumatı çıxarır və əgər nəsə dəyişərsə, ola bilər ki, bir sinir hardasa sıxılıb. Bu da ola bilər".

    Myasnikov əlavə edib ki, ağızda qeyri-adi dadın yaranması həm də dərmanların, məsələn, bəzi antibiotiklərin və təzyiq dərmanlarının qəbulu nəticəsində yarana bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR