Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət edib.
Qurumun Mətbuat Xidmətindən Azadmedia.az-a daxil olan məlumatda uşaqların internet asılılığından xilas olması üçün müvafiq tövsiyələr verilib. Onlar aşağıdakı kimidir:
- övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək üçün telefondan, planşetdən istifadə etməyin;
- övladlarınızın suallarını cavabsız qoymayın, "işim var, məşğulam, sonra..." deməyin. Əgər belə etsəniz onlar onu dinləyən virtual "dost"lar axtaracaq;
- günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın;
- övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin;
- övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın;
- övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun.
Xatırladaq ki, evdən qaçan azyaşlı 500 km aralıda özündən böyük qızın yanında tapılıb. Azyaşlı səbəb kimi valideynlərinin ona az diqqət ayırmasını bildidib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.