Xuraman Rüstəmova niyə hədəfdədir
Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. Həmin anda mətbuat artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifrazedən zob funksiyasını yerinə yetirən kimi görsənir. Belə hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Axı bəzi KİV nümayəndələri nədən halal yolla əldə edilən düzgün məlumatları yox, kimlərinsə kabinetlərinə dəvət edilərək orada aldıqları “zakaz”ları rəhbər tuturlar? Nədən fikirləşmirlər ki, onlar KİV nümayəndəsi üçün ümdə olan ədalət prinsipini pozurlar? Yaxşı olmazdımı ki, həmin kolleqalarımız daha yaradıcı olsunlar. Məsələn, cəmiyyətdə həç kimin görə bilmədiklərini görüb ictimailəşdirsinlər. Onda indikindən daha cazibədar və daha sanballı görünər, cəmiyyətdə hamı tərəfindən səvilərək qəbul ədilərlər.
Bu gün təəssüfdoğurucu kampaniyalardan biri də Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovaya qarşı aparılır. Əslində Beyləqan təhsil sisteminin bu günü, təhsil şöbəsinin hazırki rəhbəri rəhbəri Xuraman xanım Rüstəmova haqda qərəzli, sifarişli və ən başlıcası həqiqətə söykənməyən yazılar dərc etməklə həm medianın informasiya dəqiqliyinə xələl gətirir, həm də özünüzü dəyərdən salırsınız. Görən bu şəxslər kimə qarşı piar apardıqlarının fərqindədirlərmi? Həmin şər atdığınız şəxs Beyləqan yurdunun, bütöv bir elin obanın yetişdirdiyi xanım ziyalıdır. Şər atdığınız adam sıradan bir şəxs deyil: ƏSL AZƏRBAYCAN XANIMIDIR, MÜƏLLİMDİR, ANADIR və nəhayət VƏTƏNPƏRVƏRDİR, ÖZÜDƏ ELİNƏ OBASINA BAĞLI OLAN VƏTƏNPƏRVƏR… Onun qəlbi var. Çünki o, hamının acısına acımağı, səvincinə səvinməyi bacarır. Bu adam bütün varlığı ilə elinə, obasına, doğma torpağına bağlı adamdır.
İndi isə gəlin prosesləri ardıcıllıqla izləyək: Uzun illər Beyləqan təhsili üzərində Tofiq Sadıqov kimi bir kölgə olub. Onun rəhbərliyi dövründə rayonun təhsil sistemi tənqid olunmaqdan da o yana keçərək artıq lətifələr mövzusuna çevrilmişdi. Təhsil naziri Mikayıl Cabbarovun ölkə boyunca bir neçə regionda kök salmış belə “təhsil oliqarxları”na qarşı islahatı nəhayət ki Beyləqana da çatdı və T.Sadıqov vəzifəsindən kənarlaşdırıldı.
Xuraman xanımın Beyləqan təhsilinə rəhbərlik etdiyi müddət elə də uzun müddət deyil.. Amma belə qısa zaman ərzində rayon təhsil sistemində müsbətə doğru ciddi proseslərin əsası qoyulub. Uzun illər ərzində xaos və başıpozuculuq şəraitində olan Beyləqan təhsili sistemli inkişaf yoluna qədəm qoyub. Xuraman Rüstəmovanın Beyləqan RTŞ-ya müdir vəzifəsinə təyin olunması da məhz Beyləqan təhsilinin əvvəlki şöhrətini özünə qaytarmaq niyyətindən qaynaqlanmışdı və bu gün bu niyyət gerçəkləşir.Bu gün Xuraman xanım Beyləqan təhsilində böyük bir şəbəkəyə çevrilmiş saxta diplomlu təhsil işçilərinə qarşı mübarizəyə başlayıb, müəllimlərin hər birinin attestasiyadan keçməsi tələb olunur və bu mütərəqqi islahatlar kimlərinsə kürkünə birə salıb. Həmin şəbəkədə öz qısasını belə qərəzli yazılarla alır.
Lap az müddət əvvə isə Xuraman xanımı övladı ilə bağlı xəbərlərlə şantaj etməyə başladılar. Guya Beyləqan rayon Yol Polis Bölməsinin əməkdaşı olan oğlu Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb.
X.Rüstəmova bildirdi ki, oğlu haqda tam yalnış məlumat yayılıb: ''Belə bir məlumatı yazmamışdan qabaq adamdan soruşarlar... Hadisə polislərin idman saatında, məşq edən zaman, güləşərkən olub və yüngül zədə alıb. Hazırda həmin polis də işindədir. Bu adam necə bıçaqlanıb ki, işdədir. Bu adamlar niyə yalan məlumat deyir? Adam kişi olar, kişi kimi də məlumat verər. Oğlum polisə yeni düzəlib. O necə cinayət elədi ki, heç kimin xəbəri olmadı? Təkrar edirəm, Xuraman Rüstəmovanın oğlunun belə bir cinayətlə heç bir əlaqəsi yoxdur. Uşaqlarım hamı ilə ''qurban olum-başına dönüm''lə danışır. Onların hər biri ciddi nəzarət olunan qurumların işçiləridir''.
2 il ərzində sifarişlə yazan KİV-lər Xuraman Rüstəmovanı dəfələrlə “işdən çıxarıblar”, “həbs ediblər” və sair bu kimi xəbərlər yayıblar. Ancaq göründüyü kimi xanım Rüstəmova öz işinin başındadır və gərgin çalışır. Azerinfo. Az olaraq ona uğurlar diləyirik.