AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan səfiri Ukraynada diplomatik avtomobil nömrələrinin ticarətilə məşğul olur? - ŞOK FOTOLAR

  • + A
  • - A
  • 2-06-2018, 12:48

    Azərbaycan səfiri Ukraynada diplomatik avtomobil nömrələrinin ticarətilə məşğul olur? - ŞOK FOTOLAR














    Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə bağlı redaksiyamıza sensasiya doğuracaq xəbər daxil olub.


    Demokrat.Az-a anonim adla daxil olan məlumatda səfir Azər Xudiyev Kiyev şəhərində müxtəlif işlərlə məşğul olan imkanlı azərbaycanlılara avtomobilləri üçün diplomatik nömrə (dövlət qeydiyyat nişanı) satmaqda adı hallanır.



    Məlumatda bildirilir ki, texniki sənədlərində 24.07.2013-cü il istehsal tarixli, 01.11.2017-ci ildə isə Xuduyev Azər Xudayar oğlunun adına qeydiyyatdan keçən qara rəngli “Porsche Cayenne” markalı DP 041002 (diplomatik) dövlət qeydiyyat nişanlı bahalı avtomobili Kiyevin küçələrində səfirliyimizlə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan Orxan Qasımov adlı gənc bir iş adamı idarə edir.

    O.Qasımov Kiyevdə Ukraynadan Azərbaycana və ya əksinə, habelə digər xarici ölkələrə pul köçürmələri ilə məşğul olan soydaşımızdır. Onu və diplomatik nömrə ilə idarə etdiyi qara rəngli “Porsche Cayenne”nini Ukraynanın paytaxtında tanımayan yoxdur.






    Qeyd olunur ki, O.Qasımov üçün diplomatik nömrə nişanlı avtomobil idarə etmək, zövq deyil, məşğul olduğu işi (pul köçürmələrini) təhlükəsiz görmək üçün lazımdır. Diplomatik nümayəndəliklərə, xüsusən də səfirlərə məxsus avtomobillərin toxunulmaz olduğunu nəzərə alsaq, səfirimizin adına alınan diplomatik nömrəli avtomobillə daşınan “yükün” qiymətini proqnozlaşdırmaq o qədər də çətin deyil.






    Səfir Azər Xudiyevin adına olan başqa bir DP 041006 - diplomatik nömrə nişanlı qırmızı rəngli avtomobili isə Ukraynadakı baş diplomatımıza çox yaxınlığı ilə bilinən Olqa adlı ukraynalı (Ukrayna vətəndaşı) xanım idarə edir.



    Bildirilir ki, Olqa Azər Xudiyevin konsul olduğu dönəmlərdə onunla Sloveniyadan tanışdırlar. A.Xudiyev Ukraynaya səfir təyin olunandan sonra Olqa da onunla birgə Azərbaycan səfirliyində görünməyə başlayıb. Amma Olqanın Azərbaycan səfirliyində hansısa vəzifə tutması ilə bağlı heç bir təsdiq olunmuş informasiya yoxdur. Lakin Olqanın Azərbaycan səfirliyinə məxsus iqamətgahda yaşadığı, ərindən çoxdandır ki, boşanmasına (keçmiş ərindən iki uşağı var) baxmayaraq 3-cü uşağını da məhz burada (təxminən bir il əvvəl) dünyaya gətirdiyi bildirilir.

    Olqa xanımla bağlı maraqlı informasıyaların izindəyik. Sadəcə bir faktı deyə bilərik ki, Bakıdan – XİN-dən səfirliyə göndərilən diplomatlar istisna olmaqla səfirlik personalının formalaşmasında Olqa xanımın inkarolunmaz xidmətləri var. Hazırda bu istiqamətdə əldə etdiyimiz ciddi faktların sənəd və fotolarla təsdiqini gözləyirik.


    Xatırladaq ki, “DP” seriyalı dövlət qeydiyyat nişanı Ukrayna ərazisində diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalı və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə verilir. Bu nüans Ukrayna Respublikasındakı diplomatik nümayəndəliklərin nəqliyyat vasitələrinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və sürücülük vəsiqələrindən istifadə qaydaları ilə tənzimlənir.



    Məsələ ilə bağlı səfir Azər Xudiyevlə əlaqə saxladıq.


    Səfir sözügən avtomobillərin ona məxsus olduğunu təsdiqlədi. Əlavə etdi ki, xəbərdə adı keçən Orxan Qasımov və Olqa adlı xanımı tanımır.

    Azərbaycan səfiri Ukraynada diplomatik avtomobil nömrələrinin ticarətilə məşğul olur? - ŞOK FOTOLAR
    Azərbaycan səfiri Ukraynada diplomatik avtomobil nömrələrinin ticarətilə məşğul olur? - ŞOK FOTOLAR
    Azərbaycan səfiri Ukraynada diplomatik avtomobil nömrələrinin ticarətilə məşğul olur? - ŞOK FOTOLAR
    Azərbaycan səfiri Ukraynada diplomatik avtomobil nömrələrinin ticarətilə məşğul olur? - ŞOK FOTOLAR


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR