“Türk Hava Yolları” İstanbuldan Gəncə və Naxçıvana uçuşları bərpa edib.
Azadmedia.az xəbər verir ki, şirkətə məxsus təyyarə bu gün səhər saatlarında Gəncə Beynəlxalq Hava Limanında qarşılanıb.
Qeyd edək ki, İstanbul-Gəncə-Naxçıvan reysi həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək. Uçuşlar pandemiya qaydalarına riayət olunmaqla təşkil olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.