AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda məktəblilərlə narkomaniya, erkən nikah və təhsilə təşviq mövzusunda maarifləndirici görüş keçirilib

  • + A
  • - A
  • 15-10-2025, 16:22

    Masallıda məktəblilərlə narkomaniya, erkən nikah və təhsilə təşviq mövzusunda maarifləndirici görüş keçirilib

    Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbdə gənclərin sağlam həyat tərzinə, düzgün dəyərlər sisteminə və təhsilə marağının artırılmasına yönəlmiş maarifləndirici tədbir keçirilib. Görüşdə narkomaniya, erkən nikah və təhsilə təşviq mövzuları ətrafında geniş müzakirələr aparılıb.

    Tədbirdə Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev, şöbənin əməkdaşları, Masallı Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Masallı Rayon Təhsil Sektorunun müdiri Elman Rzayev və əməkdaşları, məktəbin direktoru, müəllim və şagird kollektivi iştirak ediblər.

    Masallı RPŞ-nin rəisi Azay Ağayev çıxışında gənclərin hüquq pozuntularına yol verməməsi, narkotik vasitələrdən uzaq durması və sosial məsuliyyət hissinin formalaşdırılmasının vacibliyini vurğulayıb. O, narkomaniyanın fəsadlarından danışaraq belə halların insanın gələcəyini məhv etdiyini, həmçinin qanun qarşısında ciddi məsuliyyət doğurduğunu qeyd edib.

    Masallı Rayon İcra Hakimiyyəti aparatının müdir müavini Abbas Abbaszadə öz çıxışında bildirib ki, erkən nikah və təhsildən yayınma halları cəmiyyətin gələcəyinə mənfi təsir göstərir. O vurğulayıb ki, bu kimi halların qarşısının alınması üçün hər bir ailə, məktəb və yerli icma üzərinə böyük məsuliyyət düşür. Abbas Abbaszadə gəncləri daim maariflənməyə, öz bilik və bacarıqlarını artırmağa səsləyib.

    Masallı Rayon Təhsil Sektorunun müdiri Elman Rzayev isə çıxışında təhsilin gənclərin gələcək həyatının əsas dayağı olduğunu bildirib. O qeyd edib ki, bu cür maarifləndirici tədbirlər şagirdlərdə müsbət düşüncə tərzinin formalaşmasına və sağlam həyat tərzinə istiqamətlənməsinə xidmət edir.


    Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Görüş gənclərdə hüquqi biliklərin və sosial məsuliyyətin artırılmasına, həmçinin sağlam həyat tərzinin təbliğinə yönəlib.




    Cənub Regional Bürosunun rəhbəri: Rəmzi Şahverdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR