Dövlət başçısı öz nitqində vurğulayıb ki, elm və bilik cəmiyyətin tərəqqisinin, dövlətin dayanıqlı inkişafının və gələcək nəsillərin düşüncə mədəniyyətinin formalaşmasında əsas amildir.
Prezident bildirib ki, Azərbaycan elminin tarixi dövlətçilik ənənələrimiz qədər qədim və zəngindir, bu sahənin müstəqillik dövründə yeni inkişaf mərhələsinə qədəm qoyması isə dövlət siyasətinin mühüm nəticəsidir.
İlham Əliyev qeyd edib ki, Azərbaycan alimlərinin araşdırmaları təkcə ölkə daxilində deyil, beynəlxalq elmi mühitdə də yüksək qiymətləndirilir və bu, dövlətin elmə verdiyi dəyərin göstəricisidir
Prezidentin çıxışında vurğulanıb ki, müasir dövrdə texnoloji yeniliklər, süni intellekt, kibertəhlükəsizlik və informasiya cəmiyyətinin formalaşması istiqamətində elmi potensialın gücləndirilməsi prioritet məsələ kimi qarşıya qoyulub.
O, həmçinin dilimizin və milli mədəni kimliyimizin qorunmasının vacibliyini xatırladaraq, elmi araşdırmaların ana dilində aparılmasının və milli terminoloji bazanın zənginləşdirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.
Prezident İlham Əliyev çıxışında gənc nəslin elmə marağının artırılmasının, təhsil və tədqiqatın inteqrasiyasının, müasir texnologiyalara əsaslanan elmi infrastrukturun yaradılmasının zəruriliyini diqqətə çatdırıb.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan alimlərinin fəaliyyəti dövlətin inkişaf strategiyası ilə sıx bağlıdır və qarşıdakı illərdə bu istiqamətdə daha geniş imkanlar açılacaq.
Prezidentin bu çıxışı Azərbaycan elminin gələcək inkişafı, intellektual potensialın artırılması və elm sahəsində yeni hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Kənan Qarayev,Masallı rayon Şərəfə kənd sakini
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.