AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda rayon rəhbəri Xoşçobanlı kəndində şəhid adına olan küçədə aparılan asfaltlanma işləri ilə tanış olub

  • + A
  • - A
  • 25-12-2025, 17:40

    Masallıda rayon rəhbəri Xoşçobanlı kəndində şəhid adına olan küçədə aparılan asfaltlanma işləri ilə tanış olub

    Masallı rayonunda şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu çərçivədə Masallı Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində şəhidlərin adını daşıyan küçələrdə mərhələli şəkildə abadlıq və asfaltlanma işləri həyata keçirilir.

    Xoşçobanlı kəndində Vətən müharibəsi şəhidi Məmmədağa Bağırovun adını daşıyan küçəyə 600 metr məsafədə asfalt örtüyü döşənib. 25 dekabr 2025-ci il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və rayon rəhbərliyinin nümayəndələri sözügedən küçədə aparılan işlərlə yerində tanış olublar.

    Baxış zamanı görülən işlərin həcmi və asfalt örtüyünün keyfiyyəti barədə məlumat verilib, gələcək abadlıq tədbirləri müzakirə olunub. Layihə kəndin yol infrastrukturunun yaxşılaşdırılmasına və sakinlərin rahat hərəkətinin təmin olunmasına xidmət edir.

    Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR