Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı ölkəmizdə idmana göstərilən ardıcıl dövlət qayğısının növbəti təsdiqi olmuşdur. Çıxışda Azərbaycanın idman sahəsində qazandığı uğurlar yüksək qiymətləndirilmiş, idmançıların beynəlxalq arenada əldə etdikləri nailiyyətlərin ölkəmizin nüfuzunu daha da artırdığı vurğulanmışdır. Gənclərin sağlam və vətənpərvər ruhda yetişməsində idmanın mühüm rolu xüsusi qeyd edilmişdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü isə xalqımızın milli birliyini və həmrəyliyini ifadə edən əlamətdar tarixdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların Vətənə bağlılığını, ortaq milli dəyərlər ətrafında birliyini nümayiş etdirir. Azərbaycançılıq ideyasının qorunması və gücləndirilməsi bu günün əsas mahiyyətini təşkil edir.
Dadaşova Şəfəq Əsədulla qızı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.