AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir təyin edilən Fərid Bağırzadə kimdir?

  • + A
  • - A
  • 4-03-2026, 15:39

    Nazir təyin edilən Fərid Bağırzadə kimdir?

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən növbəti sessiyasında Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin edilib.

    haqqında olan dosyeni təqdim edir:

    Fərid Bağırzadə 1994-cü ildə Bakı şəhərində anadan olub. 2016-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə bakalavr təhsilini başa vurub.

    2021-ci ildə isə Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb.

    Əmək fəaliyyətinə 2016-cı ildə “Azeri Retail” MMC-də başlayıb və 2016–2018-ci illərdə şirkətin Əmtəə dövriyyəsi və logistika departamentində çalışıb.

    2019–2023-cü illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Bu müddətdə DOST Agentliyinin Maliyyə və mühasibatlıq departamentinin Aktivlərin uçotu şöbəsinin müdiri vəzifəsində işləyib.

    Son təyinatadək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. Fərid Bağırzadə Yeni Azərbaycan Partiyasının üzvüdür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR