İrlandiyada sabiq prezidentə qarşı etiraz aksiyası keçirilib

ABŞ-nin sabiq Prezidenti Cozef Bayden və həyat yoldaşı Cill Bayden İrlandiyanın Dublin şəhərində etirazçıların hücumuna məruz qalıblar.
Bu barədə “The Telegraph” məlumat yayıb.
Bildirilib ki, hadisə Baydenin oğlu Hanterin Triniti Kollecin ən qədim tələbə cəmiyyətinin qızıl medalı ilə təltif olunması mərasimindən sonra baş verib.
Universitetin qarşısında toplaşan Fələstin tərəfdarı nümayişçilər Baydenə qarşı sərt şüarlar səsləndiriblər. Onlar sabiq prezidentin ailəsinə süd paketləri atıblar.
Təhlükəsizlik əməkdaşları ailəni qorumağa çalışıb, daha sonra polis hadisəyə müdaxilə edib. Məlumata görə, azı iki aksiya iştirakçısı saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.