AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AZƏRBAYCANI İTALİYA ELMİ MÜHİTİNDƏ RÜSVAY EDƏNLƏR - FOTOFAKT

  • + A
  • - A
  • Bu gün, 20:29

    AZƏRBAYCANI İTALİYA ELMİ MÜHİTİNDƏ RÜSVAY EDƏNLƏR - FOTOFAKT


    Nadir Məmmədlinin qanunsuzluqları sərhəd tanımır - İDDİA

    Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli Azərbaycanı İtaliyada rüsvay etdi. Bu barədə Azadmedia.az-a Gunel Bayramovanın ünvanladığı məktubda deyilir. Günel xanım italyanşünas, filologiya elmləri doktorudur. Onun sözlərinə görə İtalyan alimi, semiotik, professor Bruno Osimo belə bir hərəkəti “nanəciblik” kimi qiymətləndirib və Azərbaycanda belə işlərlə məşğul olan alimin hətta elmi-tədqiqat müəssisəsi rəhbəri olmasına təəssüflənib. İtalyan professor Azərbaycan alimi Nadir Məmmədlinin bu əməlinin düzgün olmadığını, alim adına yaraşmadığını qeyd edib. “Onlar piratdırlar” - B.Osimo ilə yazışma da saytımıza göndərilib. Azərbaycanın nüfuzuna xələl gətirən, onu dünya arenasında ləkələyən belə bir addımı əsl alim özünə yaraşdırarmı?!

    Günel xanım Nadir Məmmədliyə etdiyi təmənnasız yaxşılıqlar üçün peşimandır. O yazır:
    "Heyf, Nadir müəllim, mən sizə inanıb məzmunsuz kitabınızı təmənnasız tərcümə etməyə razılaşanda nə biləydim ki, siz məni və ölkəmi dünyada rüsvay edəcəksiniz? İtaliya kimi qabaqcıl Avropa ölkəsinin alimlərinin yanında bizi dili qısa edəcəksiniz? Axı ixtisasımdan irəli gələn sevgi və ölkə başçımızın bu ölkə ilə siyasi əlaqələri dərinləşdirməsi müstəvisində İtaliya bizim üçün ürəkaçan, dost ölkədir. Onların alimləri qarşısında bizi “pirat” kimi tanıtmaqla nə qazandınız?! Axı indi biz necə sübut edək ki, Azərbaycan təkcə sizin kimi - alimin təbirincə desək - “scorretto”-‘korlanmış’, ‘nadürüst’, “pirati”- ‘pirat’ (prof. Bruno Osimo) alimlərdən ibarət deyil. İndi o İtaliyalı alim sizin ucbatınızdan bizim ölkəni məhkəməyə versə nə olacaq?!".

    Günel xanım xatırlatma üçün bildirir ki, Dilçilik İnstitutunun direktoru, prof.Nadir Məmmədli 2023-cü ildə İtaliyada nəşr etdirdiyi “İşgüzar və akademik kommunikasiyada nitqə verilən tələblər və funksional üslublar” adlı kitaba qanunsuz olaraq İtalyan alim, semiotik, tərcüməşünas, professor Bruno Osimonu elmi redaktor kimi qeyd edib. Məsələdən xəbər tutan italyan alim buna etirazını bildirir.
    İtalyanşünas xanım onu da qeyd edib ki, kitabın nəşr olunduğu Tiburtina küçəsi 912-də yerləşən “The Factory” tipoqrafiyasının nəşriyyat evi deyil, sadəcə “fayl çap edən çapxana"dır.
    Söhbət bu kitabdan gedir:


    https://www.facebook.com/share/19oMduCv4G/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR