AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT sədrinin yeni kitabçası işıq üzü gördü

  • + A
  • - A
  • Bu gün, 14:38

    QHT sədrinin yeni kitabçası işıq üzü gördü

    Hərbi jurnalist Roza Əliqızının Tarixi Zəfərin 5 illik yubileyi münasibəti ilə "müharibədən Zəfərə Doğru" adlı yazdığı kitabçası işıq üzü görmüşdür.

    Azadmedia.az QHT.az-a isrtinadla xəbər verir ki, kitabça müəllifin 1992-ci və 2020-ci illərdə iştirak etdiyi Qarabağ müharibəsində şahidi olduğu xatirələrdən və bu döyüşlərdə canını fəda edən döyüşçülərimizin qəhrəmanlıqlarına həsr edilmiş hekayələrdən ibarətdir.

    Kitabçadakı mövzular adından göründüyü kimi,müharibədə öncə uğursuzluqlarımızdan,torpaqlarımızın işğalından, erməni vəhşiliyindən və sonda Ali Baş komandanın hücum əmri ilə işğal altında olan torpaqlarımızın azad olunmasından,Tarixi zəfərin qazanılması və onun əhəmiyətindən bəhs edilir. R.Əliqızı bilavasitə döyüşlərdə şahidi olduğu baş verən hadisələri,əsgər və zabitlərin zəfərə doğru dönəmdə yüksək inamıa Ali baş komandanın hücum əmrini yerinə yetirdiklərini qələmə almışdır.

    Kitabçada xatirələrlə yanaşı,qəhrəman döyüşçülərimizlə döyüş vaxtı söhbətlər ,işğal olunmuş ərazilərimizin azad olunduğu məkanlarda Azərbaycan bayrağının yüksəldilməsi Tarixi zəfərimizin təntənə ilə qeyd olunması əks olunmuşdur.

    "Müharibədən Zəfərə Doğru"adlı kitabça,"Əsgər Ailəsi Cəmiyəti Vətənpərvərliyin Təbliği İctimai Birliyin layihəsi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maaliyə dəsdəyi ilə nəşr olunmuşdur.

    Kitabçanın yeniyetmə və gənclərə pulsuz paylanılması nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR