AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Dövlət Departamenti vizaları araşdırır

  • + A
  • - A
  • Bu gün, 09:11

    ABŞ Dövlət Departamenti vizaları araşdırır

    ABŞ Dövlət Departamenti ölkədə qüvvədə olan vizaların genişmiqyaslı araşdırmasına başlayıb. Rəsmi açıqlamaya görə, 55 milyondan artıq əcnəbinin vizası potensial pozuntular və deportasiya halları baxımından yenidən yoxlanılır.

    Məlumatda bildirilir ki, bütün viza sahibləri “davamlı yoxlama” proseduruna tabedir. Əgər uyğun olmayan hər hansı məlumat aşkarlanarsa, həmin şəxslərin vizası ləğv ediləcək. ABŞ ərazisində olanlar isə deportasiya edilə bilər.

    Yoxlamalar zamanı əsas meyarlar viza müddətini aşmaq, cinayət törətmək, ictimai təhlükəsizlik üçün risk yaratmaq, terror fəaliyyəti və ya terrorçu təşkilatlara dəstək vermək hallarıdır. Dövlət Departamenti bu məqsədlə hüquq-mühafizə və immiqrasiya qurumlarının məlumatlarından, həmçinin sosial şəbəkə hesablarından istifadə edir.

    Rəsmi məlumatda qeyd olunub ki, Donald Trampın prezidentliyə qayıdışından sonra tələbə və mübadilə vizalarına nəzarət xüsusilə sərtləşdirilib. Yalnız bu il 6 minədək tələbə vizası ləğv olunub. Onların böyük hissəsi qanun pozuntuları və ictimai asayişin pozulması ilə bağlıdır.

    Təxminən 200-300 viza isə terrorla əlaqəli səbəblər, o cümlədən terror təşkilatlarına və ya terroru dəstəkləyən dövlətlərə yardım göstərilməsi ittihamları ilə geri alınıb. Dövlət Departamenti bildirir ki, bu addımlar milli təhlükəsizlik və ictimai asayişin qorunması üçün həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR