AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Babək rayonuna “İntellekt Çempionatı” üzrə seçim mərhələsi keçirilib

  • + A
  • - A
  • Bu gün, 14:14

    Babək rayonuna “İntellekt Çempionatı” üzrə seçim mərhələsi keçirilib

    İyulun 25-də Babək Rayon Mədəniyyət Sarayında “İntellekt Çempionatı”nın Babək rayon seçimi təşkil olunub.
    İntellektual yarışın əvvəlində layihə rəhbəri Arzu Qasımov çıxış edərək Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının tərəfdaşlığı ilə baş tutan layihənin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, bu cür layihələr yalnız fərdi bilik və bacarıqların təkmilləşdirilməsinə deyil, həm də gənclər arasında dostluq, əməkdaşlıq və komanda ruhunun gücləndirilməsinə xidmət edir.

    Sonra 9 komandanın iştirakı ilə “İntellekt Çempionatı”nın Babək rayon seçimi keçirilib. Yarış “Nə? Harada? Nə zaman?” formatında baş tutub. Aparıcı tərəfindən iştirakçılara ümumi dünyagörüşünü əhatə edən 24 sual səsləndirilib. Sonda birinci, ikinci və üçüncü yerləri tutan komandaların üzvlərinə təşkilatçıların diplomları təqdim olunub. Birinci yerin qalibi olan “Ulduz” komandası “İntellekt Çempionatı”nın Naxçıvan şəhərində baş tutacaq böyük finalına vəsiqə qazanıb.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR