Fuad Xəlilov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.
Fuad Xəlilov əmək fəaliyyətinə ölkənin aparıcı banklarında başlamış, 17 il ərzində maliyyə sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışaraq zəngin peşəkar təcrübə qazanmışdır. Bank sektorundakı fəaliyyətindən sonra sığorta sahəsində çalışaraq sığorta şirkətində Müşahidə Şurasının sədri vəzifəsində fəaliyyət göstərmişdir. Daha sonra NEQSOL Holding-in tərkibinə daxil olan, telekommunikasiya sahəsində ixtisaslaşmış bir sıra şirkətlərdə rəhbər vəzifələrdə çalışmışdır. Dövlət Məşğulluq Agentliyində İdarə Heyətinin müşaviri vəzifəsində fəaliyyət göstərərək, bununla da dövlət idarəçiliyi sahəsində də təcrübə qazanmışdır.
2025-ci ilin aprel ayından etibarən Fuad Xəlilov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində aparat rəhbəri vəzifəsində fəaliyyət göstərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2025-ci il tarixli sərəncamı ilə Fuad Xəlilov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.