Bu gün səhər saatlarında Bakı metropoliteninin tarixində ilk dəfə qeyri-adi hadisə baş verib. Səhər təxminən 07:40 radələrində “20 Yanvar” stansiyasında bir qadın dünyaya övlad gətirib.
Hərəkət xidmətinin rəisi Anar Zamanov bildirib ki, stansiya əməkdaşlarının çevik reaksiyası və peşəkar yanaşması nəticəsində qadına dərhal ilkin tibbi yardım göstərilib. Çağırılan təcili tibbi yardım briqadası zəruri müdaxilə edib və ana ilə körpə saat 08:06-da xəstəxanaya aparılıb.
“Bu hadisə bir daha sübut etdi ki, Bakı metropoliteninin kollektivi təkcə texniki təhlükəsizlik baxımından deyil, insan həyatı ilə bağlı fövqəladə hallarda da hazırlıqlıdır. Dünya təcrübəsində belə hallar az olsa da, əsas olan insan həyatıdır və biz əməkdaşlarımızın peşəkarlığı ilə fəxr edirik”, – deyə Anar Zamanov vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.