AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Televizorun “casusluğundan” necə qorunmalı?

  • + A
  • - A
  • Bu gün, 20:00

    Televizorun “casusluğundan” necə qorunmalı?


    İnternetə qoşulmuş smart televizorlar sizin baxış vərdişlərinizi izləmək və məlumat toplamaq potensialına malikdir. Amma kibertəhlükəsizlik ekspertlərinin məsləhəti ilə siz bu funksiyalara nəzarət edə və məxfiliyinizi qoruya bilərsiniz.

    “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, ağıllı televizorlar internetə çıxış, daxili kameralar və mikrofonlar kimi xüsusiyyətlər təklif etməklə əyləncə təcrübəmizi zənginləşdirir.

    Bununla belə, bu qurğular çoxlu sayda şəxsi məlumat toplayır və onların daimi internet bağlantısı kiberhücum riski yaradır.

    Bu, “Televizorum məni dinləyirmi?” sualını doğurur.

    Ən pis halda, pis niyyətli şəxslər kanalları dəyişdirmək, uşaqlara uyğun olmayan məzmun göstərmək üçün televizorunuz vaistəsilə sizi izləyə bilərlər.

    Mütəxəssislər xəbərdarlıq edir ki, bu giriş hətta evinizdəki digər ağıllı cihazlara arxa qapı kimi də istifadə edilə bilər. Bununla belə, bu risklərə qarşı ala biləcəyiniz sadə və təsirli tədbirlər var.

    Ağıllı televizorunuzla bağlı məxfilik riskləri 2 əsas mənbədən qaynaqlanır: xarici kiberhücumlar və televizor istehsalçısı, proqram tərtibatçılarının özləri.

    Kibertəhlükəsizlik üzrə ekspertlər bildirir ki, ağıllı televizorlarla bağlı ən əhəmiyyətli risk “məlumatdan sui-istifadə”dir. Çünki bu cihazlar və onların “Netflix” və “YouTube” kimi proqramları istifadəçi haqqında geniş məlumat toplayır. Bu məlumatlar təkcə televizorun özündə deyil, həm də istehsalçının serverlərinə göndərildikdə və kütləvi məlumat bazasında saxlanıldıqda risk altındadır. Bu, onu hakerlər üçün dəyərli hədəfə çevirir.

    Məlumata görə, televizorunuzun hansı funksiyalara (kamera, mikrofon və s.) malik olduğunu və onlara necə nəzarət edəcəyinizi öyrənmək üçün cihazın model nömrəsini onlayn axtarmalısınız. Təhlükəsizlik parametrlərinə etibar etməmək, mümkünsə parolları dəyişdirmək, mikrofonları, kameraları və digər şəxsi məlumat toplamanı necə söndürməyi öyrənmək də çox vacibdir.

    Əgər siz kameranı menyudan söndürə bilmirsinizsə, üzərinə qara lent yapışdırmaq kimi sadə, lakin effektiv həll yolu tətbiq edə bilərsiniz. Ağıllı televizorların baxış vərdişlərinizi izləmək üçün istifadə etdiyi əsas texnologiya Avtomatik Məzmun Tanınmasıdır (ACR). Bu funksiyanı söndürmək məxfiliyinizi qorumaq üçün atacağınız ən vacib addımdır.

    Siz adətən bu funksiyaları “Parametrlər” menyusunda “Məxfilik”, “Ümumi”, “Şərtlər və Siyasətlər” və ya “Məlumatlara Baxış” kimi başlıqlar altında tapa bilərsiniz. “Avtomatik Məzmun Tanınması”, “Baxış Xidmətləri”, “Live TV Plus” və ya “İnteraktiv TV Xidmətləri” kimi seçimləri axtarın və onları söndürün. Həmçinin unutmayın ki, smart televizorunuz kompüterdir və zərərli proqramlardan qorunmalıdır.

    Bütün bunlarla yanaşı, smart TV-dən istifadə etməkdən tamamilə qorxmağa ehtiyac yoxdur. Bu sadə addımları atmaqla və cihazınızın parametrlərinə diqqət yetirməklə təhlükəsizliyinizi və məxfiliyinizi qoruya bilərsiniz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR