“Xaçmaz Kənd Təsərrüfatının İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorlğu ilə 14 avqust 2025-ci il tarixində Xaçmaz şəhər bələdiyyəsində “İqlim Dəyişmələrinin Aqrar Sahəyə təsirinə dair Maarifləndirmə”si mövzusunda təlim keçirib.Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbirdə 22 nəfərin iştirakı təmin edilib. Təlimi Xaçmaz Kənd Təsərrüfatının İnkişafına Dəstək” ictimai birliyinin sədri, layihə rəhbəri Famil Baxışov açıq elan edərək dünyada baş verən iqlim dəyişkənliyinin təsiri artıq ölkəmizdə də aydın şəkildə görünməsini qeyd etdi. İqtisadiyyatın digər sahələri ilə müqayisədə iqlim şəraitinin ən çox təsir göstərdiyi sahə kənd təsərrüfatıdır. Belə ki, meyvəçilikdə xəstəlik və ziyanvericilər çoxdur. Aqrotxniki qaydalara düzgün əməl edilməsinə baxmayaraq heç bir təsiri olmur. Dərmanlardan istifadə olunsa da xəstəliklər surətlə yayılır. Bir sözlə məhsul istehsalının maya dəyəri baha başa gəlir. Rusiya dövləti ilə əlaqlərin pozulması da məhsulların satışında problemlər yaradır. Samur-Abşeron su kanalının kəsilməsi də istehsalın azalmasına əsas olub. Bütün bunlar rayonun Çinartala, Qalağan, Ləcət və Uzunoba kənd sahibkarlarının fikri idi.
Keçirilən təlimlərdə 86 sahibkar iştirak edib. Onlar tərəfindən 8 təklif və 4 irad bildirilib. Kənd Təsərrüfatına dair təlim keçirildiyinə görə qadınların sayı azlıq təşkil edib.
Kənd İnzibati Ərazi Dairə nümayəndəlikləri sonda çıxış edərək belə təlimlərə ehtiyacın olduğunu bildirərək minnətdarlıqlaını bildirdilər.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.