AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Brain Academy vətəndaşları belə aldadır

  • + A
  • - A
  • Bu gün, 18:06

    Brain Academy vətəndaşları belə aldadır


    Azadmedia.az-a vətəndaş şikayəti daxil olub. Oğlu peşəkar boksla məşğul olan vətəndaşa Brain Academy-dən Ukrayna İdman Akademiyasına qəbul söz verilib və 1700 dollar alınıb. Pul alınandan sonra vətəndaşa deyirlər oğlun getsin menecment fakültəsində oxusun. Ata peşəkar boksla menecmentlik arasında əlaqə olmadığını bildirəndə təhsil mərkəzinin rəhbəri Hüseyn müəllim bildirib ki, oxuyur oxusun, oxumasa pul qayıtmayacaq, get kimə istəsən de.
    Azadmedia.az-a üz tutan vətəndaş saytımız vasitəsilə hüquq-mühafizə orqanlarından xahiş edir ki, aldadılaraq alınan pullar geri qaytarılsın, faizlə götürülüb pul. Oğlu hərbi xidmətə getsin. Vətən borcu ödəndikdən sonra təhsil barədə düşünəcəklər. Vətəndaş rəsmi olaraq 102 xidmətinə də müraciət edib. İnanırıq ki, təhsil adı altında dələduzluq edənlər vətəndaşın pulunu geri qaytaracaq. Mövzuya qayıdacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR