Şamaxı rayonu "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin işçi heyəti Şamaxı-Əngəxaran-Çuxuryurd-Nağaraxana-Avaxıl avtomobil yolunda yolun dağılmış hissəsində təmir işləri aparır
Qurumdan AzadMedia.az-a verilən məlumata görə, əsasən yolun uçulmuş, pis vəziyyətə hissəsi yenidən bərpa olunur.
Daşlı-kəsəkli olan yolda yaranan çalalar avtomobillərin hərəkətinə maneə yaradir.
Qurum məhz bu halları aradan qaldırmaq üçün adıçəkilən ərazidə yaranan problemi aradan qaldırır. Belə ki, yola çınqıl tökülür və texnika ilə hamarlanır
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.