AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Energetika naziri Samuxda vətəndaşları qəbul edəcək

  • + A
  • - A
  • Bu gün, 15:27

    Energetika naziri Samuxda vətəndaşları qəbul edəcək

    Energetika naziri Pərviz Şahbazov sentyabrın 12-də Samux, Gəncə, Şəmkir, Göygöl, Daşkəsən, Goranboy və Naftalan rayonlarından olan vətəndaşları qəbul edəcək.

    Qəbul saat 11:00-dan başlayaraq Samux rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ5102, Samux şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.

    Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs: Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: office.ganja@regulator.gov.az), Tovuz filialı (əlaqələndirici şəxs: Elşad Rzayev, əlaqə telefonu: (077) 677-24-89, elektron poçt ünvanı: office.tovuz@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər.

    Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də müraciət etmək mümkündür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR