AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İntihar, yoxsa qətl? - Baş Prokurorluqdan atanın şikayətinə MÜNASİBƏT

  • + A
  • - A
  • Bu gün, 19:08

    İntihar, yoxsa qətl? - Baş Prokurorluqdan atanın şikayətinə MÜNASİBƏT


    Qazax rayonu, Daş Salahlı kənd sakini Asif Qurbanovun müraciətinə dair Baş Prokurorluğun açıqlaması

    Qazax rayonunun Daş Salahlı kənd sakini, mərhum Aytac Əliyevanın atası Asif Qurbanov qızının ölümü ilə bağlı aparılan araşdırmalardan narazılığını media vasitəsilə ictimailəşdirib. Baş Prokurorluq isə bu müraciətə münasibət bildirib.

    Qurumun açıqlamasında qeyd olunur ki, Aytac Əliyeva bu ilin yanvarın 12-də intihar edib. Hadisə ilə bağlı Qazax rayon prokurorluğunda aparılan araşdırma zamanı hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və nəticələri əldə edilib.

    Eyni zamanda hadisənin birbaşa şahidlərinin, mərhumun valideynlərinin və təcili tibbi yardım əməkdaşlarının izahatları alınıb. Araşdırmalar nəticəsində müəyyən edilib ki, Aytac Əliyeva əri ilə ailə münaqişəsi zəminində gəmirici əleyhinə dərman qəbul edib, daha sonra isə özünə bıçaq xəsarətləri yetirərək həyatına son qoyub.

    Baş Prokurorluğun məlumatına görə, bu fakt mərhumun qohumlarının və şahidlərin ifadələri, habelə ekspertiza rəyləri ilə təsdiqlənib.

    Toplanmış materiallar əsasında 2 avqust 2025-ci il tarixdə Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsinin baş verməməsi) əsasən cinayət işinin başlanması rədd edilib. Həmin qərardan verilmiş şikayət də Qazax rayon məhkəməsinin 27 avqust 2025-ci il tarixli qərarı ilə əsassız sayılıb və qüvvədə saxlanılıb.

    Baş Prokurorluq media qurumlarına müraciət edərək məlumatların ictimaiyyətə təqdim olunmasından öncə rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməsinin vacibliyini bir daha xatırladıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR