AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İncəsənət Kolleci dövlət xəsətəxanasının arayışını tanımır

  • + A
  • - A
  • Bu gün, 09:45

    İncəsənət Kolleci dövlət xəsətəxanasının arayışını tanımır


    Rəssamlıq Akademiyasının nəzdindəki kollec dövlət xəsətəxanasının sənədini tanımır.

    Universitet, kollec və akademiyalara qəbul olmuş şəxslərin qeydiyyatı yekunlaşmaq üzrədir.

    Milli.Az-ın əldə etdiyi məlumata görə, bir sıra təhsil müəssisələri sağlamlıq arayışı məsələsində vətəndaşlara çətinlik yaradırlar.

    Redaksiyamıza müraciət edən şəxs bildirib ki, Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinə qəbul olub.

    "Kollec tərəfindən bizə siyahı verildi ki, qeydiyyat üçün bu sənədlər lazımdır. Sağlamlıq arayışını isə Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasıdan aldım, lakin kollec bu sənədi qəbul etmədi. Bildirdilər ki, sağlamlıq arayışını mütləq "International Medical Centre"dən almaq lazımdır.

    Görünür klinika ilə kollec arasında hansısa sövdələşmə var və ona görə bütün tələbləri məcbur edirlər ki, sağlamlıq arayışını məhz ordan alsın".

    Məsələ ilə bağlı İncəsənət Kolleci ilə əlaqə saxlamağa çalışsaq da mümkün olmadı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR