AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

PARLAMENTİN NÖVBƏDƏNKƏNAR SESSİYASI ÇƏRÇİVƏSİNDƏ XÜSUSİ İCLASI BAŞLAYIB

  • + A
  • - A
  • Bu gün, 11:09

    PARLAMENTİN NÖVBƏDƏNKƏNAR SESSİYASI ÇƏRÇİVƏSİNDƏ XÜSUSİ İCLASI BAŞLAYIB


    Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb.

    AzadMedia.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən xüsusi iclas "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr olunub.

    İclasda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Xatırladaq ki, Milli Məclisin deputatları Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsaslanaraq, parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.

    Sədr müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR