AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çilidən olan parlamentarilər “ASAN xidmət”də

  • + A
  • - A
  • Bu gün, 10:11

    Çilidən olan parlamentarilər “ASAN xidmət”də


    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti ilə görüşüb.

    Qonaqlara “ASAN xidmət” mərkəzləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb.

    Qonaqlar “ASAN xidmət”in, eləcə də Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələrin onlarda böyük təəssürat yaratdığını, bu təcrübənin Çili tərəfi ilə paylaşılmasında maraqlı olduqlarını bildiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR