AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TDT qlobal çağırışların öhdəsindən gəlmək üçün potensiala malikdir

  • + A
  • - A
  • Bu gün, 11:28

    TDT qlobal çağırışların öhdəsindən gəlmək üçün potensiala malikdir

    Qırğızıstan rəsmisi: TDT qlobal çağırışların öhdəsindən gəlmək üçün potensiala malikdir
    Qlobal qeyri-müəyyənlik şəraitində Türk Dövlətləri Təşkilatı (TDT) həllərin mühüm mənbəyinə çevrilə bilər.

    Bunu Qırğızıstan Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutunun direktor müavini Şumkarbek Adilbek uulu Bakıda "Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktor kimi " adlı konfransda bildirib.

    Onun sözlərinə görə, müasir dünyada xaos yaşanır: Yaxın Şərqdəki hadisələr və Ukraynada müharibə həm də Mərkəzi Asiya ölkələri üçün təhdid və risklərin artdığını əyani şəkildə nümayiş etdirir.

    "Qlobal çağırışlar - müharibələr, iqlim dəyişikliyi və hibrid təhdidlər qarşısında Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığı gücləndirmək son dərəcə vacibdir. Bu gün TDT Mərkəzi Asiya ölkələri, Cənubi Qafqaz və Anadolu arasında dəhlizə çevrilir, yəni təşkilatın böyük potensialı var", - Adilbek uulu qeyd edib.

    O vurğulayıb ki, təşkilat kiberməkanda dezinformasiyaya qarşı mübarizə, iqlim risklərinin azaldılması və kritik infrastrukturun qorunması kimi sahələrdə problemləri həll etmək potensialına malikdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR