AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ASCO yeni sərnişin gəmilərinin inşası üzrə son vəziyyəti açıqlayıb

  • + A
  • - A
  • Bu gün, 11:35

    ASCO yeni sərnişin gəmilərinin inşası üzrə son vəziyyəti açıqlayıb


    ASCO yeni sərnişin gəmilərinin inşası üzrə son vəziyyəti açıqlayıb
    "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sifarişi əsasında "Bakı Gəmiqayırma Zavodu" MMC-də (BGZ) inşa olunan 3 yeni sərnişin gəmilərinin tikintisi qrafikə uyğun şəkildə davam edir.

    AzadMedia.az ASCO-ya istinadən xəbər verir ki, üç yeni sərnişin gəmisindən ikisinin sifarişi üzrə işlərin artıq 31 %-i, üçüncü gəminin isə 28 %-dən çoxu tamamlanıb.

    Hər biri 50 sərnişin tutumuna malik olan gəmilərin uzunluğu 42, eni 8 metr təşkil edəcək.

    Sərnişin gəmiləri beynəlxalq standartlara tam uyğun şəkildə, yüksək təhlükəsizlik, enerji səmərəliliyi, ekoloji davamlılıq və komfort tələbləri nəzərə alınmaqla layihələndirilib.

    Bu gəmilər neft-qaz sektorunda çalışan mütəxəssislərin daşınması üçün nəzərdə tutulub. Layihənin icrası Xəzərdə neft-qaz sahəsində aparılan işlərdə dəniz nəqliyyatı xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.

    Bu gəmilərin təhvil verilməsi ilə BGZ-də ASCO üçün inşa edilmiş gəmilərin sayı 6-ya çatacaq. Bundan öncə, 2016-cı ildə sözügedən Zavodda "Üfüq", "Zəfər" və "Turan" adlı gəmilər tikilərək ASCO-ya təhvil verilib və həmin gəmilər uğurla istismar edilirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR