AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Buzovnada narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 20-10-2025, 19:14

    Buzovnada narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib - FOTOLAR


    2025-ci il oktyabrın 13-də Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi 28 ünvanında yerləşən 5 saylı Peşə Məktəbində “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyi tərəfindən “Narkotik istifadəsinə qarşı seminar-treninqlərin təşkili” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

    QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. İcra müddəti 4 ay olan (01.06.2025—30.09.2025) layihə Bakı şəhərinin müxtəlif rayonlarında — Yasamal, Nəsimi, Səbael, Nərimanov, Binəqədi, Abşeron (Mehdiabad, Saray, Xırdalan qəsəbələri) ərazilərində reallaşdırılır. Layihənin əsas məqsədi yeniyetmə və gənclərin maarifləndirmə yolu ilə narkomaniyaya qarşı mübarizəyə təşəbbüs göstərmələrini təşviq etməkdir.

    Buzovnada keçirilən tədbirdə 20 nəfər iştirak edib. Tədbiri təşkilatın sədri Səltənət Qocamanlı açaraq iştirakçıları salamlayıb və belə bir imkan yaratdığı üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib. O, narkomaniyanın cəmiyyət üçün təhlükəli sosial bəla olduğunu vurğulayıb. Daha sonra söz layihənin təlimçisi, həkim-narkoloq, doktorant Ayxan Bağırova verilib. O, iştirakçılara narkomaniya ilə bağlı aşağıdakı mövzularda ətraflı məlumat təqdim edib:

    Əsas anlayışların izahı

    İnsanların narkomaniya adlanan tora necə düşməsi

    Asılılığın yaranma səbəbləri

    Narkomaniyanın törətdiyi fəsadlar

    Narkotik istifadəsi zamanı iynədən keçə bilən xəstəliklər

    Narkomaniya ilə mübarizə yolları

    Narkomaniyadan əziyyət çəkənlərin müalicə qaydaları və prosesi

    Təlimçi çıxışını tamamladıqdan sonra iştirakçılar 4 qrupa bölünərək verilmiş suallar əsasında qrup işi aparıblar. Hər qrupdan bir nəfər təqdimatla çıxış edib. Tədbir sonda səmimi mühitdə çay və şirniyyat süfrəsi ətrafında davam edib. Görüşün foto və video çəkilişi həyata keçirilib.

    Fotolar












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR