Nazir Fərid Əhmədov Dubayda keçirilən II Dünya Korporativ Oyunlarının minifutbol yarışlarında qalib gələrək turnirin qalibi olmuş Ədliyyə Nazirliyinin komandası ilə görüşüb.
Nazir qalib komandanın üzvlərini əldə etdikləri yüksək nailiyyət münasibətilə təbrik edərək onların qələbəsinin ölkəmizin və Nazirliyin idman uğurlarına layiqli töhfə olduğunu bildirib. O, Nazirlik əməkdaşlarının həm peşə fəaliyyətində, həm də idman sahəsində uğurlar qazanmasının sevindirici hal olduğunu vurğulayıb.
Sonda yarışda qalib gələn Ədliyyə Nazirliyinin komandası üzvləri Nazirlik tərəfindən təşəkkürnamə ilə təltif olunublar.
#ƏdliyyəNazirliyi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.