AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aygün Əliyeva: 2026-cı il qrant müsabiqələrində “Qərbi Azərbaycana qayıdış prosesi” əsas istiqamətlərdən biri olacaq

  • + A
  • - A
  • Dünən, 11:27

    Aygün Əliyeva: 2026-cı il qrant müsabiqələrində “Qərbi Azərbaycana qayıdış prosesi” əsas istiqamətlərdən biri olacaq

    Qərbi Azərbaycan mövzusunda qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi layihələrin həm keyfiyyət, həm də miqyas baxımından artımı müşahidə olunur.

    Bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən ictimai müzakirədə bildirib.

    O qeyd edib ki, 2022-ci ildə Agentliyin dəstəyi ilə bu istiqamətdə 24 layihə həyata keçirilmişdisə, 2025-ci ildə bu rəqəm 51-ə yüksəlib. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir. 2023–2025-ci illər ərzində QHT-lər bu layihələr çərçivəsində 50-yə yaxın konfrans, təqdimat, görüş, sərgi və ictimai dinləmə təşkil edib, 25 kitab çap etdirib, 11 sənədli film və 21 videoçarx ərsəyə gətirib.

    A. Əliyeva əlavə edib ki, 2026-cı ildə keçiriləcək qrant müsabiqələrində də “Qərbi Azərbaycana qayıdış prosesi” mövzusu prioritet istiqamət kimi müəyyən olunub.
    “Hazırda daxil olan layihələrin ekspertizası aparılır. Xarici ölkələrdə Qərbi Azərbaycan mövzusuna həsr olunan konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin təşkili, eləcə də xarici QHT-lərlə birgə hesabatların hazırlanması və yayılması kimi təşəbbüslərə xüsusi önəm veriləcək”, – deyə o vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR