AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İqlim Səfirləri: Gənclərin COP29 Missiyası” layihəsinin Şirvan şəhərində tədbiri keçirildi

  • + A
  • - A
  • 20-10-2025, 16:46

    “İqlim Səfirləri: Gənclərin COP29 Missiyası” layihəsinin Şirvan şəhərində tədbiri keçirildi

    Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyi tərəfindən
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən
    “İqlim Səfirləri: Gənclərin COP29 Missiyası” layihəsi çərçivəsində
    Şirvan Dövlət Regional Kollecində təqdimat və maarifləndirici tədbir keçirilib.

    Tədbirdə layihə rəhbəri Büllur Cavad qızı, kollecin müəllim və tələbə heyəti, eləcə də yerli gənclər iştirak ediblər. Görüş zamanı COP29-un əhəmiyyəti, iqlim dəyişikliklərinin insan sağlamlığı, ekoloji tarazlıq və cəmiyyətin dayanıqlığı baxımından təsirləri barədə geniş müzakirələr aparılıb.

    Tədbir çərçivəsində gənclərə ekoloji düşüncənin və sosial məsuliyyətin vacibliyi, həmçinin sağlam həyat tərzinin əhəmiyyəti barədə məlumat verilib. Müzakirə zamanı tələbələr fəal iştirak edib, aktual mövzularla bağlı maraqlı fikirlər və təkliflər irəli sürüblər.

    Sonda sual-cavab bölməsində fəallığı ilə seçilən 20 tələbə sertifikatla təltif olunub.

    Layihə rəhbəri Büllur Məmmədova çıxışı zamanı qeyd edib ki,

    “Şirvanlı gənclər COP29 kimi qlobal bir mövzuya çox ciddi yanaşır və sağlam düşüncəyə sahibdirlər. Onların sosial məsuliyyət hissi və müasir baxış bucağı bu cür layihələrin uğurunda mühüm rol oynayır.”

    Tədbir gənclərin iqlim mövzularında maarifləndirilməsi, ekoloji düşüncənin təşviqi və ictimai fəallığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR