AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycan və Özbəkistan Ədəbi Körpüsü” layihəsinin növbəti təqdimatı keçirildi

  • + A
  • - A
  • 25-10-2025, 20:02

    “Azərbaycan və Özbəkistan Ədəbi Körpüsü” layihəsinin növbəti təqdimatı keçirildi


    Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İsmayıllı Yazarları Ədəbi-İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan və Özbəkistan Ədəbi Körpüsü” layihəsi çərçivəsində daha bir təqdimat mərasimi keçirilib.

    Bu dəfə layihənin təqdimatı kollec tələbələri arasında baş tutub. Tədbirin məqsədi gənc nəsli Azərbaycan və Özbəkistan arasında dostluq, mədəni və ədəbi əlaqələr barədə məlumatlandırmaq, iki xalqın ədəbi irsini təbliğ etmək olub.

    Layihə üç ay müddətində icra olunur və bu müddət ərzində Azərbaycan və Özbəkistan şairlərinin şeirlərindən ibarət ədəbi toplu nəşr edilib. Kitabda hər iki xalqın tanınmış və gənc şairlərinin yaradıcılığından seçilmiş nümunələr yer alıb.

    Tədbirdə çıxış edən layihə rəhbəri, təşkilatın sədri Şahməmməd Soltanov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, bu təşəbbüs təkcə ədəbi əməkdaşlıq deyil, həm də mənəvi körpü rolunu oynayır.

    “Azərbaycan və Özbəkistan xalqları tarix boyu dostluq, qardaşlıq və mədəni yaxınlıq əlaqələri ilə tanınıb. Biz bu layihə vasitəsilə həmin əlaqələri ədəbiyyat dili ilə bir daha möhkəmləndiririk. Layihənin məqsədi iki xalqın şairlərini birləşdirmək, ortaq dəyərlərimizi gənclərə çatdırmaq və ədəbiyyata marağı artırmaqdır.”

    Layihə çərçivəsində müxtəlif təhsil müəssisələrində, mədəniyyət ocaqlarında və ictimai məkanlarda təqdimat mərasimlərinin keçirilməsi davam edir. Bu silsilə tədbirlər Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığın genişlənməsinə xidmət edir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR