Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğında xəsarət alan 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb.
"Yeni klinika"nın Mətbuat Xidmətindən Oxu.az- a məlumat verilib.
Bildirilib ki, hazırda pasiyentin vəziyyəti ağır stabildir:
"Ağciyər göstəricilərində az müsbət dinamika izlənilir".
Məlumat üçün bildirək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.
Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı üç nəfər həlak olub, 20 nəfər tüstüdən zəhərlənib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.