AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi korrupsiyaya qarşı mübarizə üzrə ictimai rəy sorğusu keçirir

  • + A
  • - A
  • Bu gün, 11:46

    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi korrupsiyaya qarşı mübarizə üzrə ictimai rəy sorğusu keçirir

    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “Korrupsiyaya qarşı mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri” adlı metodik vəsait hazırlanır.

    Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində hazırlanacaq vəsait korrupsiya ilə əlaqədar hüquqpozmaların səbəb və şəraitinin müəyyən edilməsi, qarşısının alınması və profilaktikasının elmi-nəzəri və təcrübi əsaslarının işlənilməsi məqsədi daşıyır.

    Bu istiqamətdə “Korrupsiyaya qarşı mübarizə üzrə ictimai rəyin öyrənilməsi” üçün sosioloji sorğu keçirilir. Sorğu anonimdir, nəticələrinin yalnız elmi-tədqiqat və kriminoloji təhlil üçün istifadə olunması nəzərdə tutulub.

    8 dekabr saat 23:59-dək linkə keçid edərək, eləcə də QR kodu skan edərək sorğuda iştirak etmək mümkündür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR