AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq qiymətləndirmə: Azərbaycan internet xidmətləri üzrə dünyanın TOP-5 ölkəsi sırasında yer alıb

  • + A
  • - A
  • 6-01-2026, 16:27

    Beynəlxalq qiymətləndirmə: Azərbaycan internet xidmətləri üzrə dünyanın TOP-5 ölkəsi sırasında yer alıb

    Beynəlxalq qiymətləndirmə (Business Ready – B-READY 2025) rəsmi olaraq artıq açıqlanıb. Hesabat Dünya Bankı tərəfindən 30 dekabr 2025-ci il tarixində yayımlanıb.
    Dünya Bankının Business Ready (B-READY) 2025 hesabatına əsasən, Azərbaycan kommunal xidmətlər sahəsində, xüsusilə internet xidmətləri üzrə yüksək nəticə əldə edib.
    Hesabata görə, Azərbaycan internet xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 5-ci yerdə qərarlaşıb (31.05 xal ilə 5-ci yer). Eyni zamanda, tənzimləyici keyfiyyət (30.83 xal ilə 17-ci yer) və idarəetmə-şəffaflıq göstəriciləri (29.17 xal ilə 27-ci yer) üzrə də ölkə ilk 30-luqda yer alıb.
    Ümumilikdə, kommunal xidmətlər indikatoru üzrə Azərbaycan 83.05 xal ilə 25-ci mövqedə qərarlaşıb və bu nəticə ilə region ölkələrini qabaqlayıb. Qeyd edək ki, kommunal xidmətlər sahəsində ölkəyə ən çox töhfə verən alt-indikator məhz internet xidmətləri olub.
    Business Ready qiymətləndirməsi dövlət xidmətlərinin keyfiyyəti, tənzimləmə mühiti və əməliyyat effektivliyini ölçən beynəlxalq metodologiyaya əsaslanır və 2025-ci il hesabatında 101 ölkəni əhatə edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR