AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TƏBİB Vüqar Qurbanovun vəzifəsindən azad olunması ilə bağlı məlumat yayıb

  • + A
  • - A
  • 16-02-2026, 15:25

    TƏBİB Vüqar Qurbanovun vəzifəsindən azad olunması ilə bağlı məlumat yayıb

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Müşahidə Şurasının qərarı ilə vəzifəsindən azad olunub.

    Bununla bağlı TƏBİB rəsmi məlumat yayıb.

    Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə həmin vəzifənin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

    Xatırladaq ki, V.Qurbanov 2021-2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib. 8 sentyabr 2022-ci ildən isə TƏBİB-in icraçı direktoru təyin edilmişdi.

    Qeyd edək ki, xəbəri ilk olaraq "Bakupost" yayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR