AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncə avtomobil zavodu İB-də “İş yerlərində əməyin mühafizəsi” müzakirə olundu.

  • + A
  • - A
  • Bu gün, 13:16

    Gəncə avtomobil zavodu İB-də  “İş yerlərində əməyin mühafizəsi” müzakirə olundu.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncə avtomobil zavodu İstehsalat Birliyində “İstehsalatda baş verən bədbəxt hadisələrdən sığorta” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri təşkil edib.
    Tədbiri giriş sözü ilə açan müəssisənin direktor müavini Bağban Nəbiyev istehsalatda baş verən bədbəxt hadisələrdən sığortalanmaq və iş yerlərində əməyin mühafizəsi mövzularının aktuallığından danışdı və bir istehsalat sahəsi olaraq əməkdaşların bu istiqamətdə maarifləndirilməsinin vacibliyini vurğuladı.
    Çıxışlarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi olaraq keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətinə diqqət çəkilib, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi vurğulanıb. Eyni zamanda əmək münasibətlərinin elektronlaşdırılması istiqamətində görülən işlər barədə son yeniliklər iştirakçıların diqqətinə çatdırılıb, “Əmək və Məşğulluq” altsisteminin funksionallıqları müzakirə olunub.
    Tədbirdə həmçinin Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstərilən dəstək vurğulanıb və yeni qəbul edilmiş standartlarla bağlı iştirakçılar ətraflı məlumatlandırılıb.
    Sonda tədbir iştirakçılarının mövzularla bağlı sualları cavablandırılıb.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR