AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq: "Dezinformasiya ilə mübarizədə yeni yanaşma çağırışı: “Qadağalar çıxış yolu deyil”

  • + A
  • - A
  • Bu gün, 20:46

    Politoloq: "Dezinformasiya ilə mübarizədə yeni yanaşma çağırışı: “Qadağalar çıxış yolu deyil”

    Son dövrlər dezinformasiya ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Mütəxəssislər hesab edirlər ki, sosial şəbəkələrdə yalan və manipulyativ məlumatların yayılması ilə mübarizədə ənənəvi qadağa və məhdudiyyət mexanizmləri effektiv nəticə vermir.

    Politoloq Aqil Məmmədov məsələ ilə bağlı bildirib ki, sosial media məkanını şoranlaşmış torpağa bənzətmək olar. Onun sözlərinə görə, şoran torpağı təmizləməyin ən effektiv yolu onu əkib-becərmək və aqrotexniki qulluğu genişləndirməkdirsə, informasiya məkanında da çıxış yolu qadağalar deyil, sağlam və keyfiyyətli kontentin artırılmasıdır.

    “Bu gün sosial şəbəkələrdə yayılan xəbərlərin yalana çevrilməsinin və sürətlə genişlənməsinin qarşısını almaq üçün interneti kəsmək, sosial medianı qadağan etmək və qanunları sərtləşdirmək effektiv yol deyil”, – deyə politoloq vurğulayıb.
    Aqil Məmmədov qeyd edib ki, dezinformasiya ilə mübarizə elə bir sahə olmalıdır ki, burada bütün qurumlar, vətəndaş cəmiyyəti institutları və ictimai birliklər vahid hədəf ətrafında birləşsin. Onun fikrincə, açıq cəmiyyət modeli informasiya mühitinə transformasiya edilməli, şəffaf və operativ kommunikasiya mexanizmləri qurulmalıdır.

    Politoloq əlavə edib ki, ən effektiv modellərdən biri vahid kommunikasiya ofisinin yaradılmasıdır. Bu model artıq Kanadada və Avropa İttifaqının bir sıra ölkələrində tətbiq edilir və operativ məlumatlandırma ilə dezinformasiyanın ilkin mərhələdə qarşısını almağa imkan verir.

    “Dezinformasiya ilkin mərhələdə bir alov kimidir. Onu vaxtında və düzgün idarə etməklə böyük yanğına çevrilməsinin qarşısını almaq mümkündür”, – deyə Aqil Məmmədov bildirib.
    Ekspert hesab edir ki, dezinformasiya ilə mübarizə artıq konfrans və müzakirə masalarından çıxmalı, neyrobioloqlar, neyropsixoloqlar və ciddi analitik dairələr tərəfindən elmi əsaslarla araşdırılmalıdır. Bu istiqamətdə çoxeşalonlu müdafiə və hücum planının hazırlanması zəruridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR