AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Yaşıl dünya, Parlaq sabahlar” layihəsinin bağlanış mərasimi keçirilib

  • + A
  • - A
  • Bu gün, 22:03

    “Yaşıl dünya, Parlaq sabahlar” layihəsinin bağlanış mərasimi keçirilib

    İsmayıllı rayonunun Cülyan kənd tam orta məktəbində Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş “Yaşıl dünya, Parlaq sabahlar” adlı qrant layihəsinin təntənəli bağlanış mərasimi təşkil edilib.

    Bağlanış mərasimində İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, Rayon Həmkarlar İttifaqının sədri Hafiz Kərimov, Şahdağ Milli Parkının elmi işçisi Ata Qəribov, İcra Hakimiyyətinin nümayəndəsi Şahin Hüseynov, veteran müəllimlər Eyvaz Mürsəlov və Sahib Əşrəfov, İDPTM-in əməkdaşları – şöbə müdiri Aybəniz Bədəlova və psixoloq Türkan Bağırlı, həmçinin məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

    Bağlanış mərasimində layihə rəhbəri, məktəbin ingilis dili müəllimi Şərafət Bayramov çıxış edərək layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və şagirdlərin inkişaf göstəriciləri barədə ətraflı məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi şagirdlərdə ekoloji düşüncə tərzinin formalaşdırılması, onların təbiətin qorunmasına fəal şəkildə cəlb edilməsi, ekoloji problemlərə qarşı məsuliyyətli və aktiv vətəndaş mövqeyinin yaradılması olub.
    Layihənin icrası müddətində şagirdlər üçün ekoloji mövzularda təlimlər, interaktiv seminarlar, ağacəkmə aksiyaları, tullantıların çeşidlənməsi ilə bağlı praktik məşğələlər, eləcə də ekoloji maarifləndirici təqdimatlar və mini-layihələr həyata keçirilib.

    Çıxış edən qonaqlar layihənin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, bu kimi təşəbbüslərin şagirdlərin dünyagörüşünün formalaşmasında, onların həm təhsil, həm də sosial həyatda fəal mövqe tutmasında mühüm rol oynadığını qeyd ediblər. Xüsusilə ekoloji maarifləndirmənin erkən yaşlardan başlanmasının vacibliyi diqqətə çatdırılıb.
    Tədbirin bədii hissəsində məktəblilər tərəfindən “Yaşıl dünya, Parlaq sabah” adlı musiqili kompozisiya təqdim olunub. Şagirdlərin çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Sonda layihədə fəal iştirak edən şagirdlərə, müəllimlərə və tərəfdaşlara diplomlar və xatirə hədiyyələri təqdim edilib.

    Bağlanış mərasimi həm hesabat xarakteri daşıyıb, həm də gələcəkdə ekoloji istiqamətdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün stimul yaradıb.

    Şərafət Bayramov,
    Təhsil meneceri, TTM — in kordinatoru




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR