AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur restoranın ətrafında antisanitariya: Zibillər günlərlə daşınmr, ətrafa üfunət yayılır – VİDEO

  • + A
  • - A
  • 4-03-2026, 16:50

    Məşhur restoranın ətrafında antisanitariya: Zibillər günlərlə daşınmr, ətrafa üfunət yayılır – VİDEO


    Bakı şəhərinin 9-cu mikrorayon ərazisində, Millennium Şadlıq Sarayının arxa tərəfində zibil konteynerləri günlərlə daşınmadığı üçün ərazidə ciddi antisanitar vəziyyət yaranıb. Sakinlər bildirirlər ki, tullantılar artıq konteynerləri aşaraq ətrafa yayılıb və üfunət qoxusu bütün küçəni bürüyüb.

    Narazı sakinlərdən biri vəziyyətlə bağlı video paylaşaraq Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edib.

    Onun sözlərinə görə, ərazidə zibilin yığılmasına səbəb kimi “şadlıq sarayı fəaliyyət göstərmədikdə ərazidən zibil daşınmır” iddiası səsləndirilib.

    Sakinlərin məlumatına görə, problem təkcə bir neçə gündür deyil, uzun müddətdir davam edir.

    Sakinlər zibillərin daşınmasını və problemin həllini tələb edirlər.(Nocomment.az)

    Videonu təqdim edirik:

    VİDEO LİNKDƏ: https://nocomment.az/meshur-restoranin-etrafinda-antisanitariya-zibiller-gunlerle-dasinmr-etrafa-ufunet-yayilir-video/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR