AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tanınmış yazıçının yeni kitabı nəşr olundu

  • + A
  • - A
  • 4-03-2026, 17:00

    Tanınmış yazıçının yeni kitabı nəşr olundu

    AZADMEDİA AZ xəbər verir ki, 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində yazıçı Nurəddin Ədiloğlunun “Bir ananın taleyi” adlı kitabı işıq üzü görüb. 100 yaşlı Hacı Xanımnənə Qulam qızının ömür yoluna həsr olunan kitabın ideya müəllifi Üzeyir Salayev, redaktoru isə filosof-şair Rafael Həbiboğludur.
    12 bölümdən ibarət olan iki hissəli kitabda müəllif bədii yaradıcılıq ənənələrinə sadiq qalaraq qadın–ana obrazını oxucunun gözləri önündə daha dolğun canlandırmaq üçün hekayə, esse, maraqlı fraqmentlər və portret ştrixlərindən ustalıqla istifadə etmişdir. Gənc ailələrin ülvi hisslər aşılayan kitabda 100 yaşlı ananın özəl dünyasına işıq salan xatirələri, bayatıları da yer alıb. Kitaba məşhur "Xudafərin" jurnalının təsisçisi və baş redaktoru prof. Dr. Hüseyn Şərqi ön söz yazmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR