AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib

  • + A
  • - A
  • Bu gün, 15:42

    Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib

    Rüşvət müqabilində rəy verməkdə təqsirləndirilən ekspert Rüfət Sultanov və digərilərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən dövlət ittihamçısı çıxış edib.

    O, Rüfət Sultanovun, Cavad Nərimanovun və Elvin Ramazanovun ayrılıqda 2 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum olunmalarını, onların barələrindəki qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunaraq məhkəmə zalından həbs edilmələrini təklif edib.

    Növbəti proses sentyabrın 9-na təyin edilib.

    Qeyd edək ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad Ekspertizalar şöbəsinin sabiq aparıcı eksperti Rüfət Sultanovun qanunsuz əməllərinə dair həmin qurumdan daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi ilə əlaqədar istintaq aparılıb.

    İbtidai istintaqla Rüfət Sultanovun qeyd olunan vəzifədə işlədiyi dövrdə Cavad Nərimanov və Elvin Ramazanovla cinayət əlaqəsinə girərək daxili işlər orqanlarında istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası qərarının vətəndaş Akif Məlikovun lehinə icra edilərək müvafiq rəyin verilməsi müqabilində ondan 25 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək 20 min manat məbləğində olan hissəsini almalarına, bundan başqa, Elvin Ramazanov və Cavad Nərimanovun əlavə olaraq Akif Məlikovun 40 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Rüfət Sultanova Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elvin Ramazanov və Cavad Nərimanova həmin Məcəllənin 178.2.1, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR