Dünyanın müxtəlif ölkələrində idman, xüsusilə də uşaqların erkən yaşlardan komanda fəaliyyətinə qoşulmasına imkan verən futbol, onların fiziki və psixoloji sağlamlığının möhkəmlənməsi, gənclərin əməkdaşlıq, intizam və məsuliyyət bacarıqlarının formalaşması, eləcə də daha fəal, sağlam və həmrəy cəmiyyətin inkişafı baxımından mühüm sosial vasitələrdən biri hesab olunur.
Futbola maraq rayon mərkəzlərində və kəndlərdə yaşayan uşaqlar arasında da kifayət qədər genişdir. Bu marağın davamlı şəkildə dəstəklənməsi üçün təhlükəsiz futbol meydançalarının, məktəbdənkənar məşq imkanlarının və müxtəlif yaş qruplarına uyğun idman fəaliyyətlərinin artırılması məqsədəuyğun olardı. Məktəblərin mövcud idman sahələrindən dərsdən sonra müəyyən edilmiş vaxtlarda istifadə edilməsi, yaşayış məntəqələrində kiçikölçülü futbol meydançalarının yaradılması, yerli məşqçilərin iştirakı ilə məşğələlərin və rayonlararası yarışların təşkili daha çox uşağın futbola cəlb edilməsinə şərait yarada bilər.
Belə imkanlar yaradılarkən qızların, aztəminatlı ailələrdən olan uşaqların və xüsusi dəstəyə ehtiyacı olan yeniyetmələrin iştirakının nəzərə alınması da vacibdir. Regionlarda uşaq futbolunun inkişaf etdirilməsi yalnız yeni idmançıların yetişməsinə deyil, uşaqların asudə vaxtının səmərəli təşkilinə, sağlam həyat tərzinə marağın artmasına və sosial münasibətlərin güclənməsinə də mühüm töhfə verə bilər.
“İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi
Samir Axundov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.