AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hərbi Prokurorluq hərbçilərlə görüşüb

  • + A
  • - A
  • Bu gün, 11:14

    Hərbi Prokurorluq hərbçilərlə görüşüb

    Xidmət şəraiti ilə tanış olunub, hədiyyələr təqdim edilib

    Hərbi Prokurorluğun rəhbərliyi 27 Sentyabr – Anım Günü ilə bağlı Zəngilan və Xocavənd rayonlarında yerləşən hərbi bölmələrdə olub.

    Görüşlər Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bölmələrində keçirilib.

    Hərbi qulluqçularla söhbət zamanı Vətən müharibəsində əldə olunan Zəfər, hərbçilərin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və ölkə rəhbərliyinin orduya diqqət və qayğısı barədə danışılıb.

    Bundan başqa, hərbi qulluqçuların xidmət və məişət şəraiti nəzərdən keçirilib. Sonda fərqlənən hərbçilərə hədiyyələr, hospitalda müalicə olunanlara isə sovqatlar verilib.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR