AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hörmüz boğazında daha bir neft tankerində partlayış və yanğın baş verib

  • + A
  • - A
  • Bu gün, 11:31

    Hörmüz boğazında daha bir neft tankerində partlayış və yanğın baş verib

    İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında daha bir neft tankerinin dəniz minasına düşdüyünü açıqlayıb. Partlayış nəticəsində gəmidə yanğın baş verib.

    “Fars” agentliyinin SEPAH-a istinadən yaydığı məlumata görə, tanker İranın müəyyən etdiyi tranzit qaydalarını pozaraq, avtomatik identifikasiya sistemini söndürülmüş vəziyyətdə boğazdan keçməyə cəhd edib.

    SEPAH-ın iddiasına əsasən, tanker boğazdan keçərkən dəniz minasına düşüb və nəticədə gəmidə yanğın başlayıb.

    Qeyd edək ki, bundan bir gün əvvəl də Hörmüz boğazının cənub hissəsində, Oman sahillərinə yaxın ərazidə başqa bir tankerin dəniz minasında partladığı barədə məlumat yayılmışdı.

    Mənbə: “Fars” agentliyi, SEPAH-a istinadən.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR