AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna Rusiyanın Tambov vilayətində neft stansiyasına hücum edib

  • + A
  • - A
  • Bu gün, 12:46

    Ukrayna Rusiyanın Tambov vilayətində neft stansiyasına hücum edib

    Ukrayna Rusiyanın Tambov vilayətində neft stansiyasına hücum edib
    Ukrayna Silahlı Qüvvələri oktyabrın 20-nə keçən gecə Rusiyanın Tambov vilayətinə pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum nəticəsində Miçurinsk rayonundakı müəssisələrdən birinin ərazisində yanğın baş verib.

    Bu barədə vilayətin qubernatoru Yevgeni Pervışov məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb, bölgə üzərində isə dörd pilotsuz uçuş aparatı vurulub.

    Ukraynanın “Supernova+” və “Exilenova+” monitorinq kanallarının məlumatına görə, hücumun hədəfi Rusiya neftini Macarıstan və Slovakiyaya daşıyan “Drujba” boru kəməri üzərində yerləşən “Nikolskoe” xətti istehsalat-dispetçer stansiyası olub. Bildirilir ki, stansiyanın ərazisində dizel yanacağı olan çənlərdən biri yanır.

    “Astra” nəşri də hadisə şahidinin çəkdiyi videonu təhlil edərək pilotsuz aparatların Miçurinsk rayonundakı “Nikolskoe” stansiyasına zərbə endirdiyini yazıb. Nəşrin məlumatına görə, Novonikolskoe kəndinin yaxınlığında yerləşən iki istehsalat sahəsindən birində yanğın baş verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR