Məkkədə iki Banqladeş vətəndaşı edam olunub

Səudiyyə Ərəbistanı DİN ölüm hökmünün icra edildiyini təsdiqləyib
Səudiyyə Ərəbistanında Məscidül-Haram ərazisində ictimai etikaya zidd hərəkətlərdə ittiham edilən iki Banqladeş vətəndaşı edam olunub.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda məlumat verilib. Edam olunan şəxslərin Nuzurulislam Əbdülbasiri və Seti Ahter olduğu açıqlanıb.
Bəyanata əsasən, şəxslər müqəddəs məkanın toxunulmazlığını və mənəvi dəyərlərini pozmaqda ittiham ediliblər. Onlar hadisədən sonra saxlanılıb, barələrində aparılan istintaq və məhkəmə araşdırmaları yekunlaşıb.
Məhkəmə qərarının müvafiq qaydada təsdiqlənməsindən sonra ölüm hökmü yerinə yetirilib. Yayılan kadrlarda edamın qılıncla həyata keçirildiyi əks olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.