Məmmədlidə yağış yolu iflic edib

Abşeron rayonunun Məmmədli kəndində yağan yağış yollarda ciddi problemlər yaradıb.
Baku TV-nin məlumatına görə, yaranan gölməçələr və çalalar nəqliyyatın hərəkətini çətinləşdirib. Sakinlər avtomobillərin zədələndiyini və yolda tıxacların yarandığını bildiriblər.
Vətəndaşların sözlərinə görə, yolun yararsız vəziyyəti məktəbə və universitetə gedənlərin də gediş-gəlişinə mane olur.
AAYDA-dan məsələyə münasibət bildirilib. Qeyd olunub ki, ərazidə yağış və qrunt sularının effektiv idarə olunmaması yolun müəyyən hissələrində deformasiyalara səbəb olub.
Agentlik bildirib ki, asfalt örtüyünün bərpasından əvvəl drenaj və suötürücü sistemlərin qurulması vacibdir. Bu məqsədlə aidiyyəti quruma müraciət edilib.
Müvafiq tədbirlər başa çatdıqdan sonra yolda təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.
Ətraflı videomaterialda.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.